Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan təmsilçiləri beynəlxalq hakimlik dərəcələrini artırıblar

Azərbaycan təmsilçiləri beynəlxalq hakimlik dərəcələrini artırıblar

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən, batut gimnastikası və tamblinq üzrə hakimlik imtahanları keçirilib.

BrendSport.az
xəbər verir ki, təmsilçilərimizdən Kamil Quliyev (batut gimnastikası) və Rahib Əliyev (tamblinq) beynəlxalq hakimlik dərəcələrini artırıblar. Belə ki, K.Quliyev ikinci, R.Əliyev isə üçüncü dərəcəni əldə edib.

Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə birinci, ən aşağı dərəcə isə dördüncüdür.


Facebook-da paylaş

Xəbəri paylaş