Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan təmsilçiləri beynəlxalq hakimlik imtahanlarını müvəffəqiyyətlə başa vurublar

Azərbaycan təmsilçiləri beynəlxalq hakimlik imtahanlarını müvəffəqiyyətlə başa vurublar


Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən parkur və akrobatika gimnastikası üzrə hakimlik imtahanları keçirilib.
BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda parkur üzrə 2, akrobatika gimnastikası üzrə isə 8 təmsilçimiz iştirak edib.
Təmsilçilərimizin hər biri imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələniblər.
Qeyd edək ki, FIG qaydalarına əsasən, hər Olimpiadadan sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar.
Xatırladaq ki, beynəlxalq kateqoriyaya yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi kurslarda iştirak edir, daha sonra imtahan verirlər.


Facebook-da paylaş

Xəbəri paylaş