Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Akrobatika gimnastlarımız “Wars and Sawa Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər

Akrobatika gimnastlarımız “Wars and Sawa Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər

Ötən həftəsonu gimnastika növləri üzrə yığma komandalarımızın üzvləri 3 beynəlxalq yarışda iştirak ediblər.
BrendSport.az
xəbər verir ki, akrobatlarımız Polşanın paytaxtı Varşavaya, idman gimnastlarımız Türkiyənin Mersin şəhərinə, parkurçularımız isə Bolqarıstanın paytaxtı Sofiyaya yollanıblar.
Ağasif Rəhimov və Raziyə Seyidli qarışıq cütlüyü, Nəzrin Fərmanova, Leyla Bəşirova və Mənsumə Məmmədzadədən ibarət qadın qrupu, eləcə də kişi cütlüyü proqramında Murad Rəfiyev və Daniel Abbasov akrobatika gimnastikası üzrə “Wars and Sawa Cup” adlı beynəlxalq turnirdə çıxış ediblər.
13-19 yaş qrupunda iştirak etmiş qadın qrupumuz bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Böyüklər arasında yarışan qarışıq cütlüyümüz isə yalnız almaniyalı rəqiblərindən geri qalaraq, turniri ikinci pillədə başa vurub.
Mersində təşkil edilmiş idman gimnastikası üzrə dünya kuboku yarışlarında Azərbaycanı Nikita Simonov və Cavidan Babayev təmsil ediblər.
Gimnastlardan N.Simonov halqalarda çıxışına görə, finala vəsiqə qazanıb. Həlledici mərhələdə təmsilçimiz yeddinci yerdə qərarlaşıb.
Ölkəmizdə son dövrlərdə inkişaf etdirilən parkur növünün təmsilçiləri Sofiyada keçirilən dünya kuboku yarışlarında iştirak ediblər. Yarışda Azərbaycanı Mirəli Mirəliyev və Renat Alızadə təmsil ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş