Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Cüdoçularımız Paris Böyük Dəbilqə turnirini 3 medalla başa vurdu



4-5 fevralda Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 1 bürünc medal əldə edib.

BrendSport.az
xəbər verir ki, yarışın ilk günündə -60 kq. çəkidə Balabəy Ağayev final görüşündə Fransa təmsilçisi Sedrik Revolı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb.

Yarışın ikinci günündə isə -90 kq. çəkidə Murad Fətiyev final görüşündə niderlandlı cüdoçu Noel Van T End ilə qarşılaşıb. Murad nəticədə yarışı gümüş medalla başa vurub.

-100 kq. çəkidə Zelim Kotsoyev isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.

+100 kq. çəkidə Camal Qamzatxanov və Uşanqi Kokauri isə turniri 7-ci yerdə başa vurub.

Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.


Facebook-da paylaş

Xəbəri paylaş