“Şamaxı” klubu Antalya toplanışını məğlubiyyətlə başa vurub
“Şamaxı” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.
BrendSport.az xəbər verir ki, komanda Serbiyanın “Napredak” klubu ilə üz-üzə gəlib. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Şamaxı” ilk yoxlama oyununda Qazaxıstanın “Kaysar” klubu ilə qolsuz heç-heçə edib. Rumıniyanın “Botaşani” klubu ilə görüş isə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.
Facebook-da paylaş