Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldunun “Mançester Yunayted”lə bağlı gələcək planları məlum olub




İngiltərənin "Mançester Yunayted" futbol komandasının hücumçusu Kriştianu Ronaldu komandanı tərk etmək fikrində deyil.

BrendSport.az
saytı xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin məlumatına görə, komanda mövsümün sonunda Çempionlar Liqası zonasına düşə bilməsə də, hücumçu klubda qalmaq istəyir. Eyni zamanda, Avropanın top klubları arasında portuqalı oyunçuya tələbat yoxdur, çünki futbolçunun maaş tələblərini çox az klub ödəyə bilir.

Qeyd edək ki, Ronaldu bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. “Mançester Yunayted” 29 matçda 50 xal toplayıb və 2021/2022 mövsümündə İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü yerdədir. Turnirin lideri “Mançester Siti”dir (69).


Facebook-da paylaş

Xəbəri paylaş