İdman federasiyalarının mətbuat katibləri üçün treninq davam edir
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan olunan “İdman həftəsi” çərçivəsində federasiyaların mətbuat katibləri üçün treninq davam edir.
BrendSport.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən treninqdə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, gimnastika, güləş, cüdo, futbol, voleybol, badminton, qılıncoynatma, velosiped idmanı, avarçəkmə, boks, üzgüçülük, taekvondo, reqbi, triatlon, boççia idmanı və kikboksinq federasiyalarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları, eləcə də bəzi qurumların marketinq mütəxəssisləri iştirak edirlər.
Treninqə martın 2-də yekun vurulacaq.
Facebook-da paylaş