Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yunan-Roma güləşçilərimiz məsul yarışlara Bakıda hazırlaşırlar

Yunan-Roma güləşçilərimiz məsul yarışlara Bakıda hazırlaşırlar


Yunan-Roma güləşi üzrə millimiz Bakıda təlim-məşq toplanışı keçir.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, fevralın 10-da start götürən hazırlıq prosesi ayın 23-dək davam edəcək. Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında gündə iki məşq keçir. Hazırlıq prosesi əsasən taktiki-texniki çalışmalardan ibarətdir. Olimpiya Güləş Mərkəzində təşkil olunan hazırlıq prosesi qarşıdan gələn məsul yarışlara hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, millimizin 2022-ci ildə ilk sınağı reytinq turniri olacaq. Belə ki, komandamız fevralın 24-27-də İstanbulda keçiriləcək Vehbi Əmrə turnirində mübarizə aparacaq. Yığmamız üçün əsas yarışlar isə marta təsadüf edəcək. Gələn ayın əvvəllərində - martın 7-13-də Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı keçiriləcək. Martın 28-dən aprelin 3-dək Macarıstanın paytaxtı Budapeştdə böyüklərin analoji yarışına start veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş