Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Yuventus” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

“Yuventus” son dəqiqələrdə məğlubiyyətdən xilas olub

Futbol üzrə İtaliya A Seriyasının XXV turunda ikinci oyun gününün mərkəzi görüşü "Atalanta" və "Yuventus" arasında keçirilib.
BrendSport.az xəbər verir ki, Berqamo şəhərindəki "Geviss Stadium"da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
Matçın 76-cı dəqiqəsində Ruslan Malinovski meydan sahiblərini baxımlı qolla hesabda önə çıxarıb. Qonaq komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə Danilonun qolu ilə qurtulub.
Bu nəticədən sonra "Yuventus" 26 oyundan 47 xalla 4-cü, "Atalanta" isə 25 matçdan 45 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 25 oyundan 55 xalla "Milan" liderlik edir. Əlli dörd xala malik "İnter" 2-ci, 53 xal yığan "Napoli" 3-cüdür.


Facebook-da paylaş

Xəbəri paylaş