Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Atalanta” Çempionlar Liqası yolunda vacib qələbə qazanıb



İyulun 2-də futbol üzrə İtaliya A Seriyasının 29-cü turunun mərkəzi qarşılaşması keçirilib.

BrendSport.az xəbər verir ki, turnir cədvəlində dördüncü yerdə qərarlaşan “Atalanta” öz meydanında “Napoli” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hər iki qolu “Atalanta” ikinci hissədə vurub. Matçın 47-ci dəqiqəsində Mario Paşaliç, 55-ci dəqiqədə isə Robin Qosens fərqləniblər.

Bu qələbədən sonra “Atalanta” xal ehtiyatını 60-a çatdıraraq turnir cədvəlində dördüncü yerdə mövqeyini qoruyub saxlayıb. Bu nəticə ilə Berqamo təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq şansını artırıb. “Napoli” isə 45 xalla 6-ci yerdə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş