Əsas Səhifə > Maraq > “Yuventus” son dəqiqələrdə məğlubiyyətdən xilas olub
“Yuventus” son dəqiqələrdə məğlubiyyətdən xilas olub14-02-2022, 03:15 |
Futbol üzrə İtaliya A Seriyasının XXV turunda ikinci oyun gününün mərkəzi görüşü "Atalanta" və "Yuventus" arasında keçirilib. BrendSport.az xəbər verir ki, Berqamo şəhərindəki "Geviss Stadium"da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1. Matçın 76-cı dəqiqəsində Ruslan Malinovski meydan sahiblərini baxımlı qolla hesabda önə çıxarıb. Qonaq komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə Danilonun qolu ilə qurtulub. Bu nəticədən sonra "Yuventus" 26 oyundan 47 xalla 4-cü, "Atalanta" isə 25 matçdan 45 xalla 5-ci pillədə qalıb. Turnir cədvəlinə 25 oyundan 55 xalla "Milan" liderlik edir. Əlli dörd xala malik "İnter" 2-ci, 53 xal yığan "Napoli" 3-cüdür. Geri qayıt |