Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Niderland-2022”: Gürcüstan – Azərbaycan oyunu üçün komandaların heyətləri açıqlanıb

“Niderland-2022”: Gürcüstan – Azərbaycan oyunu üçün komandaların heyətləri açıqlanıb


Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün keçiriləcək Gürcüstan – Azərbaycan oyunu üçün komandaların heyətləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, Azərbaycan millisinin heyətində Emin Kürdov, Eduardo Borges, Felipinyo, Bolinha, Vassoura, Rizvan Fərzəliyev, Fineo De Araujo, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Hadi Ahmadi və Rafael Vilela yer alıblar.
Gürcüstan yığmasın heyətində Zviad Kupatadze, Çaguinha, Roninho, Thales Feito, Elisandro, Tornike Bukia, Petri Branko, Villian Lourenço, İrakli Todua, Şota Topuriya, Arçil Sebiskveradze, Nikoloz Kurtanidze, Giorgi Qavtadze və Vaxtanq Kekeliya mübarizə aparacaqlar.
Bu gün Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Matçı fransalı referi Sedrik Pelisye idarə edəcək. Digər hakimlər isveçrəli Daniel Matkoviç və xorvatiyalı Nikola Yeliç olacaqlar. Koronavirus pandemiyası səbəbindən oyun azarkeşsiz keçiriləcək. Bu qrupun digər oyununda İspaniya millisi Bosniya və Herseqovinanı sınağa çəkəcək.


Facebook-da paylaş

Xəbəri paylaş