Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Serbiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb

Serbiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı vaxtı ilə saat 22:45-də Belqraddakı Rayko Mitiç stadionunda Serbiya və Azərbaycan milli komandaları qarşılaşacaqlar.
BrendSport.az xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belçikadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirəcək.
Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landot olacaq.
Artıq komandaların start heyətləri açıqlanıb.
Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.
Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxacaqlar.
Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.


Facebook-da paylaş

Xəbəri paylaş