Serbiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib
Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
BrendSport.az xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verboomen yerinə yetirəcək. Laurens Visser VAR hakimi olacaq.
Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Facebook-da paylaş