Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan-İrlandiya oyunu başlayıb

Azərbaycan-İrlandiya oyunu başlayıb

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan-İrlandiya oyununa start verilib.
BrendSport.az xəbər verir ki, “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan matçda millimizin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Höccət Haqverdi, Maksim Medvedev, Namik Ələskərov, Emin Mahmudov, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov, Anton Krivotsyuk və Filip Ozobiç yer alıblar.
İrlandiya yığmasının heyətində isə meydana Gevin Bazunu, Mett Doerti, Şeyn Daffi, Con İqan, Joş Kullen, Kallum Robinson, Adam İdah, Ceyms Makkleyn, Ceff Hendrik, Deril Horqan və Endryu Omobamidele çıxıblar.
Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Espen Eskasdır. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edirlər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirir.
Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyıkdır (hər ikisi Türkiyə).
Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xalı olan millimiz isə sonuncu pillədə yer alıb.


Facebook-da paylaş

Xəbəri paylaş