UEFA Konfrans Liqası: “Aberdin” - “Qarabağ” matçında ikinci hissə başlayıb
Avqustun 26-da UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Aberdin" - “Qarabağ” matçında ikinci hissə başlayıb.
BrendaSport.az xəbər verir ki, oyunun 8-ci dəqiqəsində təmsilçimizin yarımmüdafiəçisi Tural Bayramov fərqlənib. Bu qoldan 10 dəqiqə sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi Kadi Molinovski komandasının ikinci qolunu vurub.
“Pittodri” stadionunda keçirilən görüşü Avstriyadan olan hakimlər idarə edirlər. Matçda baş hakim funksiyasını Harald Lexner yerinə yetirir. Andreas Haydenrayx və Maksimilian Kolbitç isə köməkçi hakimlərdir. Dördüncü hakim Yulian Veynbergerdir.
"Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Toral Bayramov, Qara Qarayev, İsmayıl İbrahimli, Abdullah Zubir, Kadi Borqes, Xayme Romero və Ramil Şeydayev yer alıb.
"Aberdin"in heyətində isə Co Lyuis, Ross Makkrori, Cek Makkenzi, Deklan Qallaher, Skott Braun, Funso Ojo, Luis Ferqyuson, Kelvin Remsi, Kristian Ramirez, Teddi Cenks və Conni Hayes yaşıl meydana çıxıb.
Qeyd edək ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gəliblər. Ağdam klubu son 7 ildə ardıcıl olaraq hər mövsüm avrokubokların qrup mərhələsində çıxış edir. Bir dəfə UEFA Çempionlar Liqası, altı dəfə isə UEFA Avropa Liqasının qrupunda oynayan “Qarabağ” uğurlu seriyasını davam etdirə bilər.
Facebook-da paylaş