Cüdoçularımız Qran-Pri turnirində mübarizə aparacaqlar
Yanvarın 28-dən 30-dək Portuqaliyanın Odivelas şəhərində Qran-Pri turniri təşkil ediləcək.
BrendSport.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan komandasının 14 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, yarışda Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər. Qadınların turnirində isə Aydan Vəliyeva, Şəfəq Həmidova (48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.
Turnirdə 46 ölkədən 400-dən çox idmançı iştirakını təsdiqləyib.
Facebook-da paylaş