Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vüqar Həşimov memorialı: Bu gün dördüncü və beşinci turun oyunları keçiriləcək

Vüqar Həşimov memorialı: Bu gün dördüncü və beşinci turun oyunları keçiriləcək

Azərbaycanın görkəmli şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti iki turun oyunları baş tutacaq.
BrendSport.az xəbər verir ki, rapid yarışlarının dördüncü turunda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcəklər. Digər şahmatçımız Vüqar Əsədli isə Macarıstan təmsilçisi Riçard Rapporta rəqib olacaq. Çexiyalı David Navara ABŞ idmançısı Fabiano Karuna, rusiyalı Sergey Karyakin isə sabiq dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.
Beşinci turda Ş.Məmmədyarov V.Anand, V.Əsədli D.Navara, R.Məmmədov R.Rapport, S.Karyakin isə F.Karuana ilə üz-üzə gələcəklər.
Turnirin reqlamentinə əsasən, rapid yarışlarında bir tur iki oyundan ibarətdir.
Üç turdan sonra F.Karuana 8 xalla turnir cədvəlində birinci, R.Rapport isə 7 xalla ikinci pillədə qərarlaşıblar. Hesabında 5 xal olan R.Məmmədov, Ş.Məmmədyarov və S.Karyakin 3-5-ci yeri bölüşürlər. D.Navara 4 xalla altıncı, V.Anand və V.Əsədli isə 1 xalla 7-8-ci pillədə yer alıblar.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan Vüqar Həşimov memorialında şahmatçılar rapid və blits turnirlərində yarışırlar. Dekabrın 21-dək davam edəcək rapid yarışları 7 turdan ibarət olacaq. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.


Facebook-da paylaş

Xəbəri paylaş