Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qəbələ” – “Alkmaar” matçının biletləri satışa çıxarılıb

“Qəbələ” – “Alkmaar” matçının biletləri satışa çıxarılıb


UEFA Gənclər Liqasının seçmə mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Alkmaar” (Niderland) qarşılaşmasının biletləri satışa çıxarılıb.
BrendSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiymətləri 1 və 3 manatdır.
Biletlərdən əldə olunan gəlir Qəbələ rayonundakı aztəminatlı məktəblilərin tədris xərcləri üçün istifadə olunacaq.
Qeyd edək ki, sentyabrın 29-də Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Bu cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək.


Facebook-da paylaş

Xəbəri paylaş