Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Konfrans Liqası: “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Bazel” komandası ilə qarşılaşır

UEFA Konfrans Liqası: “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda “Bazel” komandası ilə qarşılaşır


Sentyabrın 16-da Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” komandası ilə qarşılaşır.
BrendSport.az xəbər verir ki, turnirin H qrupunda yer alan bu iki komandanın görüşünü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.
Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.
“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.
Qeyd edək ki, “Qarabağ”ın heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaqlar.
Qonaqların heyətində isə qapıçı Feliks Qebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən meydana çıxmayacaqlar.
Bu oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdardır. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxır.
Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında qapılara qol vurulmayıb.


Facebook-da paylaş

Xəbəri paylaş