Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yeniyetmə cüdoçularımız Avropa birinciliyini 6 medalla başa vurublar

Yeniyetmə cüdoçularımız Avropa birinciliyini 6 medalla başa vurublar


Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını başa vurub.
BrendSport.az xəbər verir ki, qitə birinciliyinin sonuncu günündə iki cüdoçumuz - İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) tatamiyə çıxıblar. Hər iki cüdoçumuz erkən mərhələdə rəqiblərinə uduzaraq mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan cüdo komandası qitə birinciliyini 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Təmsilçilərimiz Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.
Yarışda 37 ölkənin komandası mübarizə aparıb. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.


Facebook-da paylaş

Xəbəri paylaş