Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Daha bir güləşçimiz dünya çempionatında gümüş medala sahib olub

Daha bir güləşçimiz dünya çempionatında gümüş medala sahib olub


Daha bir sərbəst güləşçimiz Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında fərqlənib.
BrendSport.az xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Hacıyev səkkizdəbir finalda Bolqarıstandan olan rəqibinə tam üstünlüklə qalib gəlib. İsveç idmançısına da heç bir şans tanımayan C.Hacıyev yarımfinala adlayıb. Finalın bir addımlığında güləşçimiz Rusiya idmançısından güclü olub. Dünya çempionu adı uğrunda görüşdə güləşçimiz iranlı İrfan Elahi ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan güləşçimiz dünya çempionatını ikinci pillədə başa vurub.
Daha öncə millimizin digər üzvü Zirəddin Bayramov (65 kq) da gümüş medala sahib olmuşdu.


Facebook-da paylaş

Xəbəri paylaş