“Qəbələ” klubu braziliyalı müdafiəçi ilə güclənib
Yeni mövsümə hazırlaşan “Qəbələ” klubu transfer çalışmalarını davam etdirir. “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Braziliyalı müdafiəçi Ruan Renato ilə 1+1 illik müqavilə imzalanıb.
BrendSport.az kluba istinadla xəbər verir ki, 27 yaşlı arxa xətt oyunçusunun son klubu Braziliya təmsilçisi “Ponte Preta” olub.
Renato daha əvvəl vətənində “Santa Rita”, “Quaratinqueta”, “Yuventud”, “Vitoriya”, “Fiqueyrense”, “Botafoqo”, həmçinin Avstriyanın “Austriya” klublarında da çıxış edib.
Xatırladaq ki, “Qəbələ” Renatoyadək Urfan Abbasov, Məqsəd İsayev, Nicat Mehbalıyev, Kristof Atanqana-Assimba və İsnik Alimini heyətinə qatıb.
Facebook-da paylaş