Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çempionlar Liqası: Bakının “Neftçi” klubu “Dinamo”nu (Tbilisi) qəbul edəcək

Çempionlar Liqası: Bakının “Neftçi” klubu “Dinamo”nu (Tbilisi) qəbul edəcək


Bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakının “Neftçi” klubu “Dinamo”nu (Tbilisi) qəbul edəcək.
BrendSport.az xəbər verir ki, “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı moldovalı baş hakim Dumitri Muntean idarə edəcək.
Komandalar arasında Tbilsidəki ilk qarşılaşma “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.
Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər iştirak edəcəklər.
“Neftçi”-“Dinamo” oyununun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fonduna və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna ianə ediləcək.
Bu, “Neftçi”nin Çempionlar Liqasında yubiley - 20-ci matçı olacaq. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. Səkkiz qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran “Neftçi” qapısında 33 top görüb.


Facebook-da paylaş

Xəbəri paylaş