Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulub
BrendSport.az xəbər verir ki, bugünkü yarışlarda 81 kiloqram çəki dərəcəsində Zelim Tçkayev qabonlu Terense Kuamba, Murad Fətiyev yeni zelandiyalı Elliott Konnolli ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, komandamızın aktivində 1 medal var. Turnirin birinci günündə kişilər arasında mübarizə aparan Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.
Facebook-da paylaş