Məhəmməd Salah “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək
BrendSport.az xəbər verir ki, M.Salah Misir millisinin Olimpiada üçün açıqlanacaq heyətinə cəlb olunub.
Məşqçilər korpusu 29 yaşlı kapitanın “Tokio-2020”də olimpiya millisinin heyətində yer almasını qərara alıb. O, Misir yığmasının yaşı 23-dən yuxarı olan 3 oyunçusundan biri olacaq.
Qeyd edək ki, Olimpiadada futbol oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Misir yığması “C” qrupunda İspaniya, Argentina və Avstraliya ilə qarşılaşacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Facebook-da paylaş