Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
Azərbaycanın qadın güləşçisi Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçiriləm güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

BrendSport.az xəbər verir ki, çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova ilk mərhələdə çətinliklə də olsa, isveçli həmkarına qalib gəlib. Elis dörddəbir finalda alman güləşçini də məyus edərək yarımfinala adlayıb. Bu mərhələdə dünya və Avropa çempionu finlandiyalı Petra Olli ilə qarşılaşan E.Manalova möhtəşəm güləş nümayiş etdirib. Titullu rəqibini “tuşe” ilə məğlub edən idmançımız ötən il Kaspiyskdə keçirilən analoji yarışdakı məğlubiyyətin əvəzini çıxıb və ardıcıl ikinci il qitə çempionatının finalına yüksəlib.
Finalda rumıniyalı rəqibi Krişta Tunde İnçeyə qalib gələn güləşçimiz Avropa çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş