Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Fanat.Az" 10 yaşında - təbriklər, dəyərli həmkarlar



10 yaşımız - 10 yaşınız

Bizdə çox şey fərqlidi. İnsanlarımız dünyanın insanlarından, mentalitetimiz mentalitetlərindən, xarakterimiz xarakterlərindən seçilir. Elmi-texniki yüksəlişin dəyişdiyi qədər dəyişsək də, özəlliyimizə özümüz istəmədən sadiq qalmışıq.

Özəlliklərin gözəllik sayıldığını düşünmürəm. Özəllik elə özəllikdi. Gözəllik gətirsə də, gətirməsə də. Keçək məni bu cümlələri oxucularla paylaşmağa vadar edən mətləbə.

Azərbaycan adlı məmləkətdə idman saytı olaraq 10 il ayaqda qalmaq tarix yazmaq, qəhrəmanlıq göstərmək anlamındadı. Yarınmadan, yarımçıq qalmadan, yıxılmadan hər gün dəfələrlə "Fanat.Az xəbər verir ki...” yaza bilmək isə həm mətinlik, həm sədaqət, həm də elə peşə fanatlığıdı.

Əyrilərin başına gözəgörünməz əliylə qapaz vuran, etibarlı mənbələrini ələ verməyən, əldən ələ keçməyən, ətəklərdə əl olmağı özünə sığışdırmayan idman agentliyi adını şərəflə daşımaq sıradan görüntü deyil. Bu qaynaqda vitrinə qoyulmuş materialların heç birinə baş redaktordan başqa kimsə əl ata bilmirsə, səhifədə yerləşdirilən yazıların məzmunu sonradan dəyişdirilmirsə, başqan Əlisahibə "filan xəbəri sil” əmrini verəcək oğulu ana doğmayıbsa, "Fanat” xoşbəxtlər cərgəsindədi. Elə biz də - bu cəbhənin əsgərləri də...

Ölkə futbolunun indikindən ümidverici dönəmində işə başlayan Fanat.Az son 10 ildə də yerində sayan "idmanın şahı”nın yandaşı, futboldan xəbər tutmağı sevənlərin yaxın dostu, arxadaşıdı. Eyni zamanda, başdakılara baş əyməyən mənbələrdəndisə, deməli, ölümsüzdü. Fəlsəfəyə varmaq niyyətindən uzağam. Elə-belə, sözgəlişi yazdım. Əllaməçiliyi xoşlamadığımı dəyərli oxucular - fanatlar özləri də bilir. Niyə qəlizləşdirim ki...

Ən sadə məntiqlə, "Fanat” elə fanatların, fanatlar da "Fanat”ındı:

10 yaşımız -10 yaşınız mübarək!

Nihat Ağasoy


Facebook-da paylaş

Xəbəri paylaş