Rakitiç qalmaq qərarı verdi
PSJ-nin gündəmində olan “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiç son qərarını açıqlayıb.
İspaniya mətbuatının yaydığı xəbərə görə, xorvatiyalı futbolçu Kataloniya klubunda qalacağını bildirib:
“Bir neçə gün bu barədə düşündüm. Bu klubun şərəfini qorumaq şərəfdir. “Barselona”da qalıram. Ümid edirəm ki, hələ uzun illər burada oynayacağam. Məni “Barsa”da qalmağa nə vadar etdi? Xüsusi heç nə. Sadəcə, bu, dünyanın ən yaxşı klubudur”.
Qeyd edək ki, PSJ Rakitiç üçün “Barselona”ya 90 milyon avro ödəməyə hazır idi.
Facebook-da paylaş