Essyen də karyerasını bitirdi
"Real" və "Çelsi"nin sabiq futbolçusu Mikael Essyen karyerasını bitirib. Qana millisinin yarımmüdafiəçisi 35 yaşında yaşıl meydanlarla vidalaşıb.
Qeyd edək ki, Essyen karyerasına Fransanın "Bastiya" klubunda başlayıb. 2003-cü ildə onu 11,7 milyon avroya alan "Lion", 2 il sonra "Çelsi"yə 38 milyon avroya satıb. Qanalı futbolçu 2012/13 mövsümündə "Real"a icarəyə verilib. Bundan sonrakı illərdə o, İtaliyanın "Milan" və Yunanıstanın "Panatinaikos" klublarında top qovub. Afrikalı futbolçunun son iş yeri İndoneziyanın "Persib" klubu olub.
"Lion"la 2 dəfə Fransa çempionluğunu və Super Kubokunu qazanan Essyen "Çelsi"inin heyətində İngiltərə çempionu (2 dəfə), Federasiya Kubokunun (4), Liqa Kubokunun (1), ölkə Super Kubokunun (1) və Çempionlar Liqasının (1) qalibi olub.
Futbolçu 2002-2014-cü illərdə Qana millisində 58 oyun keçirərək 9 qol vurub.
Facebook-da paylaş