“Qarabağ” növbəti transferi rəsmən açıqladı
Klubun rəsmi Feysbuk səhifəsinin yaydığı xəbərə görə, konqulu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalanıb.
Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.
Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qol vurub.
Digər məlumata görə, Ağdam klubu bugünlərdə sabiq hücumçusu İnnosent Emmeqara ilə də müqavilə bağlayacaq. Yaxın günlərdə Nigeriya əsilli isveçrəli futbolçunun komandanın düşərgəsinə qoşulacağı gözlənilir. 29 yaşlı futbolçu son olaraq Kiprin "Ermis" komandasında oynayıb.
"Qarabağ" həm Delarjın, həm də Emeqaranın adını "Kukesi" ilə oyunlar üçün iştirak ərizəsinə əlavə edib.
Facebook-da paylaş