Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
BrendSport.az xəbər verir ki, ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı trateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.
Memorandumun əsas mahiyyəti və istiqamətləri peşəkar idmançıların hazırlanması, müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili, idman araşdırması və təcrübəsi, iki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması, birgə yarışlar, milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları, idman təbabəti və antidopinq, tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili, idman investisiyası və turizm, birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıqdır.
Bildirilib ki, bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.
Facebook-da paylaş





















