Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
Baham adaları və Azərbaycan Gimnastika federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb.
BrendSport.az xəbər verir ki, ölkələr bədii gimnastikanın inkişafı və təbliği məqsədilə əməkdaşlığa başlayıblar.
Memorandum Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Baham Adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.
Bu əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Facebook-da paylaş