Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri mühüm beynəlxalq vəzifələrə seçiliblər

Ümumdünya Kapoeyra Federasiyasının (WCF) Ümumi Yığıncağı və Hesabat-Seçki Konfransı keçirilib.
BrendSport.az xəbər verir ki, konfransda federasiyanın növbəti dövr üçün idarəetmə orqanları formalaşdırılıb. Seçkilərdə ABŞ, Azərbaycan, Braziliya, Finlandiya, Estoniya, Peru, Benin və Honkonq kimi ölkələri təmsil edən namizədlər iştirak ediblər.
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Kapoeyra Federasiyasının nümayəndələri mühüm beynəlxalq vəzifələrə seçiliblər. Belə ki, Cəmil Hüseynov Ümumdünya Kapoeyra Federasiyasının (WCF) 1-ci vitse-prezidenti, Elgiz Əlizadə qurumun Baş katibi və İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.
Bu nəticələr Azərbaycanda kapoeyranın son illər ərzində sistemli inkişafının göstəricisi olmaqla yanaşı, idman sahəsində həyata keçirilən dövlət siyasətinin və federasiyalara göstərilən dəstəyin real nəticələrini əks etdirir.
Ümumdünya Kapoeyra Federasiyasının (WCF) yeni prezidenti isə Rodriqo Furbino Qomes (ABŞ) olub. O, federasiyanın növbəti dövr üzrə fəaliyyətinə rəhbərlik edəcək və WCF-nin beynəlxalq inkişaf strategiyasının icrasında əsas rol oynayacaq.

Facebook-da paylaş





















