Çelenc Kuboku: Azərbaycanın voleybol komandası cavab görüşünə çıxır

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq.
BrendSport.az xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Bakıda Rumıniyanın "Styaua" klubu ilə qarşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüş saat 18:00-da start götürəcək.
Bu komandalar arasında ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Facebook-da paylaş





















