Əsas Səhifə > Maraq > Çelenc Kuboku: Azərbaycanın voleybol komandası cavab görüşünə çıxır

Çelenc Kuboku: Azərbaycanın voleybol komandası cavab görüşünə çıxır


Bu gün, 10:44


Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda cavab oyununa çıxacaq.

BrendSport.az
xəbər verir ki, təmsilçimiz 1/32 final mərhələsində Bakıda Rumıniyanın "Styaua" klubu ilə qarşılaşacaq.

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Bu komandalar arasında ilk matç rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Geri qayıt