Fransanın “Lill” klubu Elvin Cəfərquliyev ilə maraqlanır

Fransanın "Lill" klubu Elvin Cəfərquliyevə görə, "Qarabağ"ın qapısını döyəcək. 6 aydan çoxdur ki Elvinin oyununu izləyən Fransa klubu nümayəndələri nəhayət yekun qərar veriblər.
BrendSport.az xəbər verir ki, "Lill" ya yanvarda, ən pis halda isə yayda Cəfərquliyevi heyətinə qatmağı düşünür. "Çelsi" klubuna qarşı Elvinin göstərdiyi oyunu bəyənən Liqa-1 təmsilçisi Ağdam klubuna rəsmi təklif hazırlayır. Transfermarkt saytına görə 1,2 milyon avro dəyəri olan futbolçumuza ilkin təklifin 1-1,5 milyon avro civarında olacağı gözlənilir.
Qeyd edək ki, "Lill"in ümumi komanda dəyəri 215 milyon avrodur. Klub davam edən Fransa çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Rəhbərlik Çempionlar Liqasına düşərək bu turnirdə uğurlu çıxışı hədəfləyir. Klub Elvinin bu turnirdəki təcrübəsindən yararlanmaq istəyir.
Facebook-da paylaş





















