Çempionlar Liqası: “Araz-Naxçıvan”ın püşkatmada yer aldığı səbət bəlli olub

Ötən gün keçirilmiş 2 oyundan sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib.
BrendSport.az xəbər verir ki, reqlamentə əsasən, A yolunda çıxış edən və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar. Noyabrın 6-da Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərinin püşkü atılacaq.
1/8 final mərhələsinin oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq.
Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq. Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək. Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək.
A yolu, qrup qalibləri
“Kartaqena Kosta Kalida” (İspaniya)
“İlles Balears Palma” (İspaniya, ÇL son qalibi)
“Benfika” (Portuqaliya)
“Sportinq” (Portuqaliya)
A yolu, qrup ikinciləri
“Piast Qlivise” (Polşa)
“Etoile Lavalloise” (Fransa)
“Riqa” (Latviya)
“Kayrat Almatı” (Qazaxıstan)
A yolu, qrup üçüncüləri
“Sportinq Anderlext” (Belçika)
“Semey” (Qazaxıstan)
“Luxol St. Andreus” (Malta)
“Priştina 01” (Kosovo)
B yolu, qrup qalibləri
AEK (Yunanıstan)
“Hyörrinq” (Danimarka)
“Araz-Naxçıvan” (Azərbaycan)
“Hit Kiyev” (Ukrayna)
Facebook-da paylaş





















