Əsas Səhifə > Maraq > Çempionlar Liqası: “Araz-Naxçıvan”ın püşkatmada yer aldığı səbət bəlli olub
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın püşkatmada yer aldığı səbət bəlli olubDünən, 12:00  | 
![]() Ötən gün keçirilmiş 2 oyundan sonra UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizə aparacaq 16 komanda müəyyənləşib. BrendSport.az xəbər verir ki, reqlamentə əsasən, A yolunda çıxış edən və qrup mərhələsini 3-cü pillədə başa vuran, eləcə də B yolunda qrup qalibi kimi mübarizəni davam etdirmək hüququ qazanan komandalar A yolunda yarışmış və yekunda öz qruplarında birinci və ikinci yerləri tutmuş klublarla qarşılaşacaqlar. Noyabrın 6-da Bakı vaxtı ilə saat 17:00-da 1/8 və 1/4 final mərhələlərinin püşkü atılacaq. 1/8 final mərhələsinin oyunları noyabrın 24-də və dekabrın 5-də, 1/4 final matçları isə gələn il fevralın 23-də və martın 6-da təşkil olunacaq. Hər iki mərhələnin iştirakçıları rəqibləri ilə həm doğma, həm də rəqib meydanında qarşılaşacaq. Bundan sonra “Dördlər finalı”nın iştirakçıları müəyyənləşəcək. Həlledici mərhələnin oyunları mayın 7-dən 10-dək keçiriləcək. Qeyd edək ki, 7-ci qrupun qalibi olaraq 1/8 finala vəsiqə qazanan “Araz-Naxçıvan” ilk oyununu Bakıda keçirəcək. A yolu, qrup qalibləri “Kartaqena Kosta Kalida” (İspaniya) “İlles Balears Palma” (İspaniya, ÇL son qalibi) “Benfika” (Portuqaliya) “Sportinq” (Portuqaliya) A yolu, qrup ikinciləri “Piast Qlivise” (Polşa) “Etoile Lavalloise” (Fransa) “Riqa” (Latviya) “Kayrat Almatı” (Qazaxıstan) A yolu, qrup üçüncüləri “Sportinq Anderlext” (Belçika) “Semey” (Qazaxıstan) “Luxol St. Andreus” (Malta) “Priştina 01” (Kosovo) B yolu, qrup qalibləri AEK (Yunanıstan) “Hyörrinq” (Danimarka) “Araz-Naxçıvan” (Azərbaycan) “Hit Kiyev” (Ukrayna) Geri qayıt  |