“Araz-Naxçıvan”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki potensial rəqibləri müəyyənləşib
UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümündə mübarizəyə ilkin mərhələdən başlayacaq “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə B yolunda V qrupda yer alacaq.
BrendSport.az xəbər verir ki, rəqiblər “Etoile Lavalloise” (Fransa) və “Stalitsa Minsk” (Belarus) ilə yanaşı, ilkin mərhələnin B qrupunun qalibi (“Minerva” (İsveçrə), “Amiqo Northvest” (Bolqarıstan), “Fiorentina” (San Marino) və “Cymru” (Uels) komandaları olacaq.
Bu mərhələnin oyunları oktyabrın 22-dən 27-dək Fransada keçiriləcək. Bu qrupdan elit-raunda turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” ilkin mərhələdə Uddevalla (İsveç), Sillamae Silla (Estoniya) və Sparta Belfast (Şimali İrlandiya) komandaları ilə birlikdə H qrupunda mübarizə aparacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə təşkil olunacaq.
Facebook-da paylaş