Azərbaycan klubunun Avropa Kubokundakı oyunlarını idarə edəcək hakimlər bəlli olub

Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” kollektivi ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, matçı litvalı hakimlər - Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.
Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən Frans Quggenberger İdman Zalında təşkil olunacaq.
Facebook-da paylaş
