Əsas Səhifə > Maraq > Azərbaycan klubunun Avropa Kubokundakı oyunlarını idarə edəcək hakimlər bəlli olub

Azərbaycan klubunun Avropa Kubokundakı oyunlarını idarə edəcək hakimlər bəlli olub


16-09-2025, 18:00


Qadın həndbolçulardan ibarət “Azəryol” komandasının Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” kollektivi ilə keçirəcəyi oyunların hakimləri açıqlanıb.

BrendSport.az
xəbər verir ki, matçı litvalı hakimlər - Karolis Lukosevisius və Tadas Virkutis idarə edəcəklər.

Qarşılaşmalar oktyabrın 4-5-də Kornoyburq şəhərində yerləşən Frans Quggenberger İdman Zalında təşkil olunacaq.
Geri qayıt