Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Avropa çempionatının 2022/2023-cü il mövsümünün ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

BrendSport.az
xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları aprelin 6-11-də Slovakiyada təşkil olunacaq.

B Liqasının beşinci qrupunda mübarizə aparacaq komandamız ilk oyununu aprelin 8-də Monteneqroya qarşı keçirəcək. Matçın baş hakimi kiprli İoanna Allayiotou olacaq. Ona Despoina Demosthenous (Kipr) və Anna Vieczorek (Polşa) kömək edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Katarzina Lisiecka-Sek yerinə yetirəcək.

Aprelin 11-də Azərbaycan – Slovakiya matçı keçiriləcək. Oyun serbiyalı baş hakim Marina Jivkoviçə həvalə edilib. Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr) baş hakimin köməkçiləri, kiprli İoanna Allayiotou dördüncü hakim olacaq


Facebook-da paylaş

Xəbəri paylaş