Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatında yarımfinala yüksəlib



Xorvatiyanın paytaxtı Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

BrendSport.az
xəbər verir ki, yarışda ölkəmizi ötən mövsüm Azərbaycan Tələbə Liqasının qalibi olan Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Komandamız 1/4 final mərhələsində Fransa yığmasını 5:4 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, komandanın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, AFFA, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş