Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan komandası Avropa Universitetləri Futzal Çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb



Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.

BrendSport.az
xəbər verir ki, sözügedən oyunlarda ölkəmizi Azərbaycan Tələbə Liqasının 2024/2025-ci illər mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası təmsil edir. Komandamız qrup mərhələsini birinci yerdə başa vurub və 1/4 final mərhələsində Fransa ilə qarşılaşacaq.

Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının dəstəyilə həyata keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş