Venesuelalı velosipedçi faciəvi şəkildə həyatını itirib
Venesuelalı velosipedçi Daniela Larreal faciəvi şəkildə həyatını itirib.
BrendSport.az xəbər verir ki, polis əməkdaşları 50 yaşlı idmançının cəsədini ötən cümə günü Las-Veqasdakı mənzilində tapıblar.
İlkin məlumatlara görə, D.Larreal yemək zamanı boğulma nəticəsində ölüb. Onun avqustun 11-də öldüyü güman edilir. Ölümdən sonra nəfəs borusunda bərk qida qalıqları tapılıb. Lakin ölümün səbəbi hələlik polis tərəfindən rəsmən təsdiqlənməyib.
Larreal Venesuelanın ən məşhur idmançılarından biri idi. O, beş olimpiadada (Barselona-1992, Atlanta-1996, Sidney-2000, Afina-2004, London-2012) iştirak edib, bunların dördündə trek velosipedi üzrə çempion olub. 1990-2012-ci illərdə Venesuelada velosiped idmanının aparıcı siması olub.
Facebook-da paylaş