Belçikalı triatlonçu Senadakı yarışdan sonra infeksiyaya yoluxub, xəstəxanaya yerləşdirilib
Belçikalı triatlonçu Kler Mişel Paris Olimpiadasında yarışdıqdan sonra bağırsaq infeksiyasına yoluxub.
BrendSport.az xəbər verir ki, bu barədə “Nieuwsblad” qəzeti yazıb.
Mənbənin sözlərinə görə, vəziyyəti ağır olan idmançı dörd gündür xəstəxanada müalicə alır. Kler Olimpiya yarışında 38-ci olub.
Triatlonun üzgüçülük hissəsi Sena çayında baş tutub. İyulun 28 və 29-da triatlonçuların məşq tədbirləri Sena çayının çirklənməsi səbəbindən ləğv edilib.
Qeyd edək ki, 1923-cü ildən son dərəcə çirkli olduğu üçün Senada üzgüçülük qadağan edilib. Buna baxmayaraq, Paris-2024 Oyunları zamanı triatlon, paratriatlon və açıq suda üzgüçülük yarışları Sena çayında keçirilir. Senanın çirklənməsinin əsas səbəbləri çoxlu miqdarda mövcud olan tullantı sularıdır. Hətta iyulun 31-də baş tutmuş triatlon yarışlarından sonra kanadalı Tiler Mislavşukun 10 dəfə qusduğu bildirilir.
Facebook-da paylaş