Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Parisdə üzgüçülük üzrə Dünya Kuboku ləğv edilib



Fransanın paytaxtı Parisdə bu gün start götürməli olan üzgüçülük üzrə Dünya Kuboku ləğv edilib.

BrendSport.az
xəbər verir ki, buna Sena çayının həddindən artıq çirklənməsi səbəb olub.

"Parisdə yağan yağışdan sonra Senada suyun keyfiyyəti məqbul standartlardan aşağı olaraq qalır. Səhiyyə orqanları və tədbirin təşkilatçıları ilə məsləhətləşmələrdən sonra bu həftəsonu açıq suda üzgüçülük üzrə Dünya Kubokunun ləğv edilməsi qərara alınıb", - qurumdan bildirilib.

Qeyd edək ki, Dünya Kuboku Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı.


Facebook-da paylaş

Xəbəri paylaş