İngiltərə millisi 28 ildən sonra penaltilər seriyasında qalib gəlib
Futbol üzrə İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.
BrendSport.az xəbər verir ki, yığma son olaraq Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib.
Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib - 5:3.
Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək.
Facebook-da paylaş