Əsas Səhifə > Maraq > İngiltərə millisi 28 ildən sonra penaltilər seriyasında qalib gəlib
İngiltərə millisi 28 ildən sonra penaltilər seriyasında qalib gəlib7-07-2024, 09:20 |
Futbol üzrə İngiltərə millisi 1996-cı ildən sonra ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib. BrendSport.az xəbər verir ki, yığma son olaraq Almaniyada təşkil olunan AVRO-2024-ün 1/4 finalında ötən gün İsveçrəni məğlub edib. Britaniyalılar əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən görüşdə rəqibini üstələyib - 5:3. Bu, komandanın 28 ildən sonra qitə çempionatında penaltilər seriyasında ilk qalibiyyətidir. Yığma o vaxtdan AVRO-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzub. Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İngiltərə millisi yarımfinalda Niderland seçməsi ilə üz-üzə gələcək. Geri qayıt |